Fikirlərinizi fəaliyyətə çevirəcək məkan
Baku IdeaLab nədir?
Şəbəkə: Sosial məsuliyyətli gənclərin şəbəkəsi
Məzmun: Müsbət dəyişiklikləri dəstəkləmək üçün proqramlar, təlimlər, mühazirələr və tədbirlər
Məkan: Görüşlər, müxtəlif tədbirlər və əməkdaşlıq üçün platforma
Qısası, Baku IdeaLab Bakını hamımız üçün daha yaxşı məkan etməyə çalışan yeni və təcrübəli təşəbbüslər üçün lab
Dəyərlərimiz
- Açıq fikirlilik – yeni ideyalara, və təkliflərə açıq olmaq
- İnklyuzivlik – maraq göstərən hər kəsi qəbul etmək
- Yaradıcılıq – dəyişiklik yaratmaq üçün innovativ yollar axtarmaq
- Keyfiyyət – hər zaman əmin olduğumuz məzmun təklif etmək
- Əməkdaşlıq – insanları, ideyaları, layihələri əlaqələndirmək
Məqsədimiz
- Bakıda fəaliyyət göstərən təşəbbüslər üçün mühitin yaxşılaşdırılması
Hədəflərimiz
- Təşəbbüslərin fəaliyyətlərinin artırılması
- Yeni təşəbbüslərin yaranmasının dəstəklənməsi
- Təşəbbüslərin şəbəkələşməsinin və əməkdaşlıqlarının dəstəklənməsi
- Təşəbbüslərin Bakı sakinləri arasında təbliğ olunması
Baku IdeaLab-a necə qoşula bilərsiniz?
Əgər təşəbbüsünüz varsa
Lab-a qoşulun və tədbirlərə qatılın, məkandan istifadə edin
Təlimlərdə iştirak edin
Tədbirlərinizi Lab-da keçirin
Mentorluq proqramına qoşulun
Dəstək proqramına müraciət edin
Əgər fəal Bakı şəhəri sakinisizsə
Baku IdeaLab -da tədbirlərə qatılın
Baku IdeaLab ictimai tədbirlərdə spiker kimi iştirak edin (və ya tanıdığınız spikerləri bizə təqdim edin!)
Lab-da tədbirlərinizi keçirin