All for Joomla All for Webmasters

Tədbirlər

Bizim tədbir silsilələrimiz

Data4Impact

Data rəqamsal qızıldır. Bu tədbir silsiləsi data təhlili, vizualizasiya və data əsasında hekayə danışılmasını əhatə edəcək .Ddövlət qurumları, qeyri-hökumət təşkilatları və özəl şirkətlərdəki data professionalları biliklərini və ən son yenilikləri bir araya gətirəcək.

Elm Havaları

İctimai mühazirə seriyası mütəxəssis və alimlər tərəfindən təqdim olunacaq və elmdəki ən son yeniliklər barədə xəbər verəcək.

Work In Progress

Hər ay tədqiqatçılar, üzərində işlədikləri sosial, siyasi və iqtisadi elmlərə aid akademik araşdırma barədə ictimai təqdimat edəcəklər.

Bakı ilə üz-üzə

Memarlıq cəmiyyətdə baş verən sosial və iqtisadi prossesi əks etdirən, kimliyini formalaşdıran əsas elementlərdən biridir. İctimai mühazirələr silsiləsində şəhərin fiziki infrastrukturunun əhəmiyyətli tərəfi və potensial inkişafı haqqında danışılacaq. Tədbirlər silsiləsinə həmçinin “Özün düzəlt” sessiyaları daxil olacaq.

Vizual Hekayələr

Ətrafımızda nələr baş verir? Fotoqraf və rəssamların portfoliolarına baxış, vizual jurnalistik esselər, rejissorlarla müzakirələr, vizual sənət üzrə mühazirələr müəlliflərlə ictimaiyyəti bir araya gətirəcək.

Idea Pot

Yeni və maraqlı ideya haqqında oxuyan və bu ideyanı digər maraqlanan insanlarla bölüşmək istəyənlər üçün müzakirə silsiləsidir. Mövzular “community café “ konseptindən tutmuş bilik əsaslı iqtisadiyyata qədər müxtəlif sahələri əhatə edə bilər.

Tuk-Tuk

Bu davamlı tədbir silsiləsində Bakıda qonaq olan fərqli sahələrdən olan mütəxəssislər öz maraqlı və faydalı biliklərini ictimaiyyət ilə bölüşəcəklər.

Bizim tədbir təqviminə nəzər salın

Baku IdeaLabdan kənar tədbiriniz var? Təqvimimiz vasitəsi ilə tədbiriniz haqqında məlumatı paylaşın!

Baku IdeaLab tədbiriniz haqqında məlumatı paylaşmağa hazırdır:

Əgər Bakıda müsbət dəyişiklik yaradan gənclərin təşşəbüsünüzsə

Tədbiriniz üç sahədən birinə uyğundur: Araşdırma, Şəhər və ya Dialoq

Bu formu doldurun və biz sizin tədbiri təqvimiz və Facebook səhifəmizə əlavə edəcəyik.

Qeyd: Baku IdeaLab üzv və üçüncü tərəflərin tədbirlərinin kontentinə görə məsuliyyət daşımır.