“Sosial Biznes Məktəbi – Sumqayıt” üçün Müraciət Elanı
IdeaLab, “Böyük Britaniyanın Konflikt, Sabitlik və Təhlükəsizlik Fondu”nun dəstəyi ilə “Social Business Youth Center”, “Sumqayıt Gənclər Klubu” və Reduco Tədris Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində Sosial Biznes Məktəbinə (SBM) müraciətləri qəbul edir. Sosial Biznes Məktəbi (SBM) Öz Səsini Kəşf Et proqramının istiqamətlərindən biri olub, ümumilikdə Sumqayıtda yaşayan 25 nəfər gənc qadına sosial biznes qurmaq üçün lazımlı praktiki bacarıqları öyrətmək və öz sosial bizneslərini qurmaqda dəstək vermək məqsədi daşıyır. Məktəbin iştirakçıları sahibkarlıq, sosial biznes…