All for Joomla All for Webmasters

“Sosial Biznes Məktəbi – Sumqayıt” üçün Müraciət Elanı

IdeaLab, “Böyük Britaniyanın Konflikt, Sabitlik və Təhlükəsizlik Fondu”nun dəstəyi ilə “Social Business Youth Center”, “Sumqayıt Gənclər Klubu” və Reduco Tədris Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində Sosial Biznes Məktəbinə (SBM) müraciətləri qəbul edir.
 
Sosial Biznes Məktəbi (SBM) Öz Səsini Kəşf Et proqramının istiqamətlərindən biri olub, ümumilikdə Sumqayıtda yaşayan 25 nəfər gənc qadına sosial biznes qurmaq üçün lazımlı praktiki bacarıqları öyrətmək və öz sosial bizneslərini qurmaqda dəstək vermək məqsədi daşıyır.
 
Məktəbin iştirakçıları sahibkarlıq, sosial biznes anlayışı, sosial biznes üçün biznes modelinin hazırlanması, sosial biznes üçün marketinq strategiyası və sosial biznes qurmaq üçün lazım olan digər mövzularda mütəxəssislər tərəfindən keçiriləcək praktiki təlimlərdə iştirak edəcəklər. Daha sonra isə iştirakçılar mentorların köməkliyi ilə komandalar şəklində öz sosial biznes ideyalarını inkişaf etdirərək, dəstək almaq üçün təqdim edəcəklər.
 
Öz Səsini Kəşf Et proqramının məqsədi Azərbaycanda qadınların yerli icmalarına uzunmüddətli tövhə verə bilmələri üçün bacarıqlarını artırmaqdır. Proqram nəticəsində Bakı və Sumqayıtda yaşayan 80-dən çox gənc qadın öz icmalarına tövhə vermək üçün lazım olan praktiki bilik və bacarıqlarla təmin ediləcəklər. Proqram üç istiqamət üzrə fəaliyyət göstərəcək: Sosial təşəbbüslərin yaradılması, vizual hekayələrin yaradılması və sosial sahibkarlıq. Göstərilən istiqamətlər iki dalğada həyata keçiriləcək. Hər istiqamət üzrə bilik və bacarıqlara yiyələnən iştirakçılar sonda öyrəndiklərini praktikada istifadə etmək şansı əldə edəcəklər.
 
Təlim Müddəti: 4-8 Fevral
Kimlər müraciət edə bilər: 18-30 yaş arasında Sumqayıtda yaşayan qadınlar;
Müraciət üçün son tarix: 1 fevral
Məkan: Reduco Tədris Mərkəzi
 
Müraciət üçün aşağıdakı onlayn qeydiyyat formasını doldurmağınız xahiş olunur.
Qeydiyyat Forması: www.sumqayit.bakuidealab.az
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın:
Email: sbyc.azerbaijan@gmail.com
Telefon: +994 12 4372944
Mobil: + 994 55 338 49 96
            +994 55 371 36 46 
           +994 55 887 74 38