All for Joomla All for Webmasters

Ofis Meneceri üzrə Vakansiya

Baku İdeaLab yarım-ştat Ofis Meneceri üzrə vakansiya elan edir. Ofis Meneceri Baku İdeaLab üçün fəaliyyətinin operativ həyata keçirilməsi üçün ən əsas rollardan biridir. Məkan və əlaqəli xidmətləri ən yüksək standartda saxlamaq bu rolun əsas vəzifəsidir. Ofis meneceri, əsas xidmətlərin razılaşdırılmış keyfiyyət səviyyəsində saxlanılması və inkişafı üçün ofisin idarə edilməsinə nəzarət edir.

Ofis Menecerinin əsas vəzifə və öhtəlikləri aşağıdakılardır:

  • Məkanla bağlı xidmətləri kordinasiya etmək;
  • Məkanın effektivliyini dizayn, enerji və resurs bölgüsü baxımından inkişaf etdirmək;
  • Finans departamenti ilə əməkdaşlıq edərək aktivlərin izlənməsi və sənədlənməsini həyata keçirmək;
  • Problem və narahatlıqları həll etmək üçün inkişaf şöbələr və tədbirlər komandası ilə qarşılıqlı əlaqə yartmaq;

Tələblər:

  • Yaxşı kommunikasiya bacarıqlarının olması;
  • Microsoft Office Proqramlarını (Word, Excel, Power Point) yaxşı səviyyədə bilmək;
  • Məsuliyyətli və öhtəliklərini anlayıb, özü sərbəst edə bilmək bacarıqları.

Müraciət etmək istəyən şəxslər öz CV-lərini 20 dekabr 2019 tarixinə kimi vacancy@idealab.az ünvanına “Ofis Meneceri” başlığı ilə göndərmələri xahiş olunur. Birinci mərhələdən keçən şəxslər müsahibəyə dəvət ediləcək. Yanlız birinci mərhələdən keçən şəxslərlə əlaqə saxlanılacaq.