All for Joomla All for Webmasters

Öz Şəhərini Dəyiş Sumqayıt üçün müraciət elanı

IdeaLab, “Böyük Britaniyanın Konflikt, Sabitlik və Təhlükəsizlik Fondu”nun dəstəyi ilə həyata keçirələn Öz Səsini Kəşf Et proqramı çərçivəsində Öz Şəhərini Dəyiş(ÖŞD) üçün müraciətləri qəbul edir.

Öz Şəhərini Dəyiş (ÖŞD) Öz Səsini Kəşf Et proqramının istiqamətlərindən biri olub, ümumilikdə Bakı və Sumqayıtda yaşayan 80 nəfər gənc qadına sosial iştirakçılıq və layihə idarəetməsi barədə lazımi bilik və bacarıqları vermək məqsədi daşıyır.

ÖŞD iştirakçıları sosial iştirakçılıq, yerli icmalara töhfə verilməsi üçün layihə yazılması və idarə edilməsi ilə bağlı mövzularda mütəxəssislər tərəfindən keçiriləcək praktiki təlimlərdə iştirak edəcəklər. Daha sonra isə iştirakçılar mentorların köməkliyi ilə komandalar şəklində öz layihə ideyalarını inkişaf etdirərək, dəstək almaq üçün təqdim edəcəklər.

Öz Səsini Kəşf Et proqramının məqsədi gənc qadınların yerli icmalarına uzunmüddətli töhfə verə bilmələri üçün bacarıqlarını artırmaqdır. Proqram nəticəsində Bakı və Sumqayıtda yaşayan 80+ gənc qadın öz icmalarını yaxşılaşdırmaq üçün lazım olan praktiki bilik və bacarıqlarla təmin ediləcəklər. Proqram üç istiqamət üzrə fəaliyyət göstərəcək: Sosial təşəbbüslərin yaradılması, vizual hekayələrin yaradılması və sosial sahibkarlıq. Göstərilən istiqamətlər üzrə bilik və bacarıqlara yiyələnən iştirakçılar sonda öyrəndiklərini praktikada istifadə etmək şansı əldə edəcəklər.

Təlim Müddəti : 25 noyabr- 2 dekabr

Kimlər müraciət edə bilər: 18-30 yaş arasında, Sumqayıtda yaşayan gənc qadınlar;

Müraciət üçün son tarix: 22 noyabr 2019

Məkan: Sumqayıt şəhəri 1. Mikrorayon Bina 45 b

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın:

Email: zzakiyev@idealab.az

Müraciət üçün – https://forms.gle/2mXJcAMMzWz2wzGv7

Mobil: +994 50 2254525