All for Joomla All for Webmasters

Baku Idealab videoların hazırlanması üzrə təcrübəçi axtarır!

Baku IdeaLab tələbələrə videoların hazırlanmasında öz biliklərini təcrübədə istifadə etmək üçün ödənişsiz təcrübə proqramı elan edir. Proqram müddətində təcrübəçilər Vizual hekayələrin hazırlanması, Adobe Premiere və Adobe After Effects proqramları haqqında biliklərini inkişaf etdirmək imkanı əldə edəcək. Bundan əlavə müxtəlif gənclər şəbəkələri, beynəlxalq təşkilatlar, qeyri- hökümət təşkilatları, səfirliklər və biznes qurumları ilə əlaqələr yarada biləcəklər.

İş barədə məlumat:

  • Sosial media və digər kanallar üçün video çarxların çəkilişi;
  • Video çarxların yayıma hazırlanması;
  • Yarım-ştat iş qrafiki;

Nələr qazanacaqsınız:

  • Müxtəlif özünü inkişaf imkanları;
  • Mehriban iş yoldaşları, rahat müasir mərkəzdə ofis;
  • Müxtəlif networking imkanları;
  • Müxtəlif istiqamətdə bacarıqların inkişaf etdirilməsi imlanı: layihə idarə edilməsi, kommunikasiya, biznes inkişafı, vizual hekayələrin hazırlanması, sosial biznes inkişaf etdirilməsi, marketing və s.
  • Sonda sertifikat və tövsiyə məktubu;

Tələblər:

  • Araşdırmaçı, yeniliyə açıq olmaq;
  • ll, lll və lV kurs tələbəsi olmaq;
  • Ofis proqramları ilə işləyə bilən;
  • Videoların hazırlanması üçün ilkin software biliklər: Adobe Premiere, After effects və s.
  • Dizayn, vizual kommunikasiya və kinematoqrafiya istiqamətində təhsil alan tələbələrə üstünlük verilir.

Müraciət etmək istəyənlər öz CV-lərinin vacancy@idealab.az elektron poçt ünvanına 15 dekabr tarixindən gec olmayaraq göndərmələri xahiş olunur.