All for Joomla All for Webmasters

“Sosial Biznes Məktəbi 3” üçün müraciət elanı

IdeaLab, “Böyük Britaniyanın Konflikt, Sabitlik və Təhlükəsizlik Fondu”nun dəstəyi ilə UNEC Yunus Sosial Biznes Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində  Sosial Biznes Məktəbinə  (SBM) müraciətləri qəbul edir.

Sosial Biznes Məktəbi (SBM) Öz Səsini Kəşf Et proqramının istiqamətlərindən biri olub, iştirakçılara sosial biznes qurmaq üçün lazımlı praktiki bacarıqları öyrətmək və öz sosial bizneslərini qurmaqda dəstək vermək məqsədi daşıyır. Məktəbin  iştirakçıları ilk olaraq iki həftəlik intensiv təlim prosesi nəticəsində sahibkarlıq, sosial biznes anlayışı, sosial biznes üçün biznes modelinin hazırlanması, sosial biznes üçün marketinq strategiyası və sosial biznes qurmaq üçün lazım olan digər mövzularda mütəxəssislər tərəfindən keçiriləcək praktiki təlimlərdə iştirak edəcəklər. Təlimlər həftədə 3 dəfə olmaqla iki həftə davam edəcək. Təlimin saatları tələbələrin dərslərinə uyğun səhər və günorta nöövbəsi üçün olacaq. Daha sonra isə iştirakçılar mentorların köməkliyi ilə komanda və ya fərdi şəklində öz sosial biznes ideyalarını inkişaf etdirərək, dəstək almaq üçün təqdim edəcəklər. Sonda uğurlu idealar proqram tərəfindən maddi və texniki dəstək əldə edəcəklər.

Qeyd edək ki, Sosial Biznes Məktəbi Öz Səsini Kəşf Et proqramının bir hissəsidir.  Proqramın məqsədi Azərbaycanda  qadınların yerli icmalarına uzunmüddətli tövhə verə bilmələri üçün bacarıqlarını artırmaqdır. Proqram nəticəsində Bakı və Sumqayıtda yaşayan 80+ gənc qadın öz icmalarına tövhə vermək üçün lazım olan praktiki bilik və bacarıqlarla təmin ediləcəklər. Proqram üç istiqamət üzrə fəaliyyət göstərəcək:  Sosial təşəbbüslərin yaradılması, vizual hekayələrin yaradılması və sosial sahibkarlıq. Göstərilən istiqamətlər iki dalğada həyata keçiriləcək. Hər istiqamət üzrə bilik və bacarıqlara yiyələnən iştirakçılar sonda öyrəndiklərini praktikada istifadə etmək şansı əldə edəcəklər.

 

Başlama tarixi: 2 Dekabr;

Kimlər müraciət edə bilər: 18-30 yaş arası qadınlar;

Müraciət üçün son tarix: 28 Noyabr 2019.

Müraciət üçün onlayn qeydiyyat formasını doldurmağınız xahiş olunur

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın:

 

Email: ifarhadli@idealab.az

Telefon: +994 12 4372944

Mobil: +994 50 2254525

Ünvan: Azərbaycan Dövlət İqtisad Universiteti, İstiqlal küçəsi 6