All for Joomla All for Webmasters

Proqram Assistenti Vakansiyası

Baku İdeaLab yarımştat Proqram Assistenti üzrə vakansiya elan edir.

Assistent Baku İdeaLab-ın proqramlarının qoyulmuş məqsədlərinə effektiv çatması üçün proqram meneceri ilə birgə çalışacaq və proqramların vaxtında və büdcəyə uyğun olaraq  həyata keçirilməsinə dəstək verəcək.

TƏLƏBLƏR:

  • Komandada işləyə bilmək bacarığı;
  • Yaxşı ünsiyyət qabiliyyəti;
  • Layihə idarəedilməsi bacarığı;
  • Baku IdeaLab-in fəaliyyət istiqaməti, həyata keçirdiyi tədbirlər barədə məlumatlı olmaq;
  • Bəzi komputer proqramlarını (Microsoft Word, Microsoft Excel, Microsoft Power Point) yaxşı səviyyədə bilmək;
  • Yaxşı səviyyədə Azərbaycan və orta səviyyədə ingilis dili bilikləri;
  • Sosial şəbəkələrdən istifadə etmək bacarığı.

ÖHDƏLİKLƏRİ:

  • Proqramın ümumi həyata keçirilməsində proqram menecerinə kömək etmək;
  • Mentor və təlimçilərin fəaliyyətini tənzimləmək;
  • İştirakçılar, mentorlar və təlimçilər ilə əlaqə yaratmaq;
  • Proqramın monitorinqində Proqram Menecerinə kömək etmək;
  • İştirakçılara öz idealarını həyata keçirməkdə dəstək vermək;
  • Proqramın logistik işlərini həyata keçirmək;
  • Proqramın kommunikasiyasına dəstək vermək;
  • Report üçün məlumatların toplanmasını həyata keçirmək.

Müraciət üçün son tarix: 15 noyabr

Maraqlanan şəxslər öz CV və motivasiya məktublarını vacancy@idealab.az ünvanına “Proqram Assistenti” başlığı ilə göndərmələri xahiş olunur. Yalnız ilk mərhələdən keçən şəxslər ilə əlaqə saxlanılacaq.

Baku IdeaLab” 2018-ci ildə təsis edilmiş innovativ laboratoriyadır. “Baku IdeaLab”-ın əsas məqsədi sosial müsbət dəyişiklik etmək istəyən gənc fərdlər və təşəbbüslər üçün daha yaxşı mühit yaratmaqdır. Baku IdeaLab bu məqsədləri həyata keçirmək üçün i) mövcud gənc təşəbbüslərin bacarıqlarının inkişaf etdirilməsinə və yeni təşəbbüslərin yaranmasına dəstək verir; ii) sosial təsir üçün özü bir sıra fəaliyyətlər həyata keçirir; iii) şəbəkə yaratma tədbirləri və müxtəlif seminarlar vasitəsi ilə sosial düşüncəli insanlar və təşəbbüslər arasında icma formalaşdırılmasına çalışır.