All for Joomla All for Webmasters

“O Mənim Qəhrəmanımdır 2” üçün Müraciət Elanı

Baku IdeaLab, “Böyük Britaniyanın Konflikt, Sabitlik və Təhlükəsizlik Fondu”nun dəstəyi ilə həyata keçirələn Öz Səsini Kəşf Et proqramı çərçivəsində O, Mənim Qəhrəmanımdır 2 (OMQ) üçün müraciətləri qəbul edir.
 
“O, Mənim Qəhrəmanımdır” Öz Səsini Kəşf Et proqramının istiqamətlərindən biri olub, ümumilikdə Bakı və Sumqayıtda yaşayan 80 nəfər gənc qadına vizual hekayələrin yaradılması üçün lazımlı praktiki bacarıqları öyrətmək, video çarx və foto nümunələri hazırlamalarına dəstək vermək məqsədi daşıyır. OMQ artıq ilk dalğasını həyata keçirdi və ikinci dalğa üçün uyğun olaraq 40 iştirakçı seçiləcək.
 
Proqramın iştirakçıları yerli icmalardan seçdikləri qəhrəmanları (qadınlar) haqqında vizual hekayələrin (foto və video nümunələri) yaradılması üçün lazım olan mövzularda mütəxəssislər tərəfindən keçiriləcək praktiki təlimlərdə iştirak edəcəklər. Daha sonra iştirakçılar komandalar və ya fərdi şəkildə mentorların dəstəyi ilə öz ideyalarını inkişaf etdirərək qəhrəmanları haqda video çarx və foto nümunələrini təqdim edəcəklər.
 
Öz Səsini Kəşf Et proqramının məqsədi Azərbaycanda gənc qadınların yerli icmalarına uzunmüddətli töhfə verə bilmələri üçün bacarıqlarını artırmaqdır. Proqram nəticəsində Bakı və Sumqayıtda yaşayan 80+ gənc qadın öz icmalarına töhfə vermək üçün lazım olan praktiki bilik və bacarıqlarla təmin ediləcəklər. Proqram üç istiqamətdə həyata keçiriləcək: Layihələrin yazılması, foto-video çəkiliş bacarıqlarının öyrədilməsi və sosial sahibkarlıq.
Göstərilən istiqamətlər iki dalğada, hər birində 40 nəfər olmaqla həyata keçiriləcək. Hər istiqamət üzrə bilik və bacarıqlara yiyələnən iştirakçılar sonda öyrəndiklərini praktikada istifadə etmək şansı əldə edəcəklər.
 
Müddəti: Noyabr, 2019
Tarix və saatlar iştirakçılarla birlikdə müəyyənləşdiriləcək.
 
Kimlər müraciət edə bilər: 18-30 yaş arasında, Bakı və Sumqayıtda yaşayan qadınlar;
 
Müraciət üçün son tarix: 31 oktyabr 2019
 
Müraciət üçün onlayn qeydiyyat formasını doldurmağınız xahiş olunur.
 
Müraciət etmiş şəxslər müsahibəyə dəvət ediləcək.
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın:
 
Email: fismayilova@idealab.az
 
Telefon: +994 12 4372944
 
Mobil: +994 50 2254525
 
Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza III, 3-cü mərtəbə