All for Joomla All for Webmasters

Application for Social Business School

IdeaLab, “Böyük Britaniyanın Konflikt, Sabitlik və Təhlükəsizlik Fondu”nun dəstəyi ilə həyata keçirələn Öz Səsini Kəşf Et proqramı çərçivəsində Sosial Biznes Məktəbi (SBM) üçün müraciətləri qəbul edir.
 
Sosial Biznes Məktəbi (SBM) Öz Səsini Kəşf Et proqramının istiqamətlərindən biri olub, ümumilikdə Bakı və Sumqayıtda yaşayan 40 nəfər gənc qadına sosial biznes qurmaq üçün lazımlı praktiki bacarıqları öyrətmək və öz sosial bizneslərini qurmaqda dəstək vermək məqsədi daşıyır. SBM ümumilikdə iki dalğada həyata keçiriləcək. Hər dalğada uyğun olaraq 20 iştirakçı seçiləcək.
 
Məktəbin iştirakçıları sahibkarlıq, sosial biznes anlayışı, sosial biznes üçün biznes modelinin hazırlanması, sosial biznes üçün marketinq strategiyası və sosial biznes qurmaq üçün lazım olan digər mövzularda mütəxəssislər tərəfindən keçiriləcək praktiki təlimlərdə iştirak edəcəklər. Daha sonra isə iştirakçılar mentorların köməkliyi ilə komandalar şəklində öz sosial biznes ideyalarını inkişaf etdirərək, dəstək almaq üçün təqdim edəcəklər.
 
Öz Səsini Kəşf Et proqramının ümumilikdə məqsədi Azərbaycanda qadınların yerli icmalarına uzunmüddətli tövhə verə bilmələri üçün bacarıqlarını artırmaqdır. Proqram nəticəsində Bakı və Sumqayıtda yaşayan 80+ gənc qadın öz icmalarına töhfə vermək üçün lazım olan praktiki bilik və bacarıqlarla təmin ediləcəklər. Proqram üç istiqamət üzrə fəaliyyət göstərəcək: Sosial təşəbbüslərin yaradılması, vizual hekayələrin yaradılması və sosial sahibkarlıq. Göstərilən istiqamətlər iki dalğada həyata keçiriləcək. Hər istiqamət üzrə bilik və bacarıqlara yiyələnən iştirakçılar sonda öyrəndiklərini praktikada istifadə etmək şansı əldə edəcəklər.
 
 
Müddəti: 3 ay;
 
Başlama tarixi: 1 oktyabr;
 
Kimlər müraciət edə bilər: 18-30 yaş arasında, Bakı və Sumqayıtda yaşayan qadınlar;
 
Müraciət üçün son tarix: 15 sentyabr 2019, 18:00
 
Müraciət üçün əlavə edilmiş keçiddən istifadə edərək onlayn qeydiyyat formasını doldurmağınız xahiş olunur.
Müraciət etmiş şəxslər müsahibəyə dəvət ediləcək.
 
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın:
 
Email: ifarhadli@idealab.az
Telefon: +994 12 4372944
Mobil: +994 50 2254525
Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza III, 3-cü mərtəbə