All for Joomla All for Webmasters

İNKİŞAF ÜZRƏ ASSİSTENT VAKANSİYASI

“Baku IdeaLab” yarımştat “İnkişaf üzrə Assistent” üzrə vakansiya elan edir. 

“Baku IdeaLab” 2018-ci ildə təsis edilmiş innovativ labarotoriyadır. “Baku IdeaLab”-ın əsas məqsədləri aşağıdakılardır:

  • Gənc təşəbbüslər üçün daha yaxşı mühitin yaradılması;
  • Erkən mərhələdə olan sosial təşəbbüslər və sosial sahibkarların inkişaf etmələrinə dəstək vermək;
  • Gənc sosial liderlərin uzun müddətli inkişafını təmin etmək;
  • Sosial sahibkarlıq və sosial təsir yaratmağı təşviq etmək;  
  • Sosial düşüncəli gənclər üçün icimai müzakirələr apara biləcəkləri aktiv məkan təmin etmək.

Bu məqsədləri həyata keçirmək üçün “Baku IdeaLab” i) mövcud gənc təşəbbüslərin bacarıqlarının inkişaf etdirilməsinə və yeni təşəbbüslərin yaranmasına dəstək verir; ii) sosial təsir üçün özü bir sıra fəaliyyətlər həyata keçirir iii) şəbəkə yaratma tədbirləri və müxtəlif seminarlar vasitəsi ilə sosial düşüncəli insanlar və təşəbbüslər arasında icma formalaşdırılmasına  çalışır.

İnkişaf üzrə Asistent, İnkişaf üzrə Menecerin istiqamətləndirməsi və rəhbərliyi ilə “Baku Idealab”ın ümumi inkişaf və kommunikasiya strategiyasının inkişaf etdirilməsinə dəstək verəcək. Asistent Proqram, Əməliyyat və Tədbir komandaları ilə birgə işləyəcək

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏRİ

Kommunikasiya

    • Kommunikasiya strategiyasının həyata keçirilməsinə dəstək vermək;
    • Kommunikasiya alətlərini hazırlamaq və inkişaf etdirmək (pres reliz, broşur, sosial media postları)
    • Veb sayt üçün məlumatların hazırlanmasına və sosial media strategiasının hazırlanmasına kömək etmək;
    • Prezentasiya və dizayn materiallarını hazırlamaq və yaymaq;

İnkişaf

    • Bazar trendlərini və imkanları analiz etmək;
    • Müştəri və əməkdaşlarla əlaqələri inkişaf etdirmək;
    • İnkişaf strategiyasının hazırlanmasına kömək etmək;
    • Müştəri və əməkdaş data bazasını hazırlamaq;
    • Ümumi inkişaf təşəbbüsləri hazırlamaq;.

BACARIQLAR

    • Kommunikasiya bacarıqları;
    • Yüksək səviyyədə Microsoft Office bacarıqları (Word, Excel, PowerPoint);
    • Az da olsa WordPress and Adobe Photoshop ilə işləmək bacarıqları;
    • İnkişaf strategiyasını təkmilləşdirmək və yenisini hazırlamaq üçün bazar analizi etmək üçün analitik bacarqlar; 
    • Azərbaycan və İngilis dillərində bilmək;
    • Əlaqələr qurmağı bacarmaq;
    • Yüksək səviyyədə şifahi və yazılı kommunikasiya bacarıqları;
    • Təşəbbüslər irəli sürmək bacarığı;
    • Ümumi məqsədlərə nail olmaq üçün BIL komandası, partnyorlar və digər tərəfdaşlarla birgə işləmək;
    • İnformasiya texnologiyaları ilə yaxşı işləmək və onları öz fəaliyyətində istifadə bacarığı;
    • Gənclərlə iş və sosial sahədə işləməyə marağı olması.

İş Müddəti: Həftəlik 20 saat

Müraciət üçün Son Tarix: 31 Avqust 2019

Necə müraciət etməli?

Bu vakansiyaya müraciət etmək üçün CV və motivasiya məktublarınızı                ifarhadli@idealab.az  elektron poçt ünvanına “Development Assistant” başlığı ilə göndərməyiniz xahiş olunur.