All for Joomla All for Webmasters

“Səssizlik” filminin təqdimatı

Oktyabrın 30-u Baku İdea Lab-da “Ölümsüz Düşüncələr” layihəsi çərçivəsində “Səssizlik” qısametrajlı bədii filminin təqdimatı olacaq.
Filmin məqsədi kitab oxunmasının cəmiyyətə aşılanmasıdır. Filmin nümayişindən və müzakirəsindən sonra şair Əli Xəyyamın “bədii qiraətin cəmiyyətdə rolu” mövzusunda məruzəsi olacaq. Təqdimatda həmçinin Çingiz Abdullayevin də iştirakı gözlənilir.

Filmdə sosial və mənəvi problemlərindən təngə gəlmiş naşir intihara cəhd edir.
Lakin birdən otaqda peyda olan gözlənilməz qonaqlar onunla söhbət etməyə başlayır.

Rejissor, operator, montajçı: Orxan Adıgözəlov
Ssenari müəllifi: Ələmdar Faiq
Aktyor: Bəhruz Vaqifoğlu

Humay Məmmədova və Könül Alıyevanın rəhbəri olduğu “Ölümsüz Düşüncələr” layihəsi EDUHUB və MitOst Asossiasiyasının dəstəyi ilə “İnkişaf Zamanı” proqramı çərçivəsində incəsənət vasitəsi ilə sosial dəyişiklik məqsədi ilə həyata keçirilir.

Film azərbaycan dilində nümayiş olunacaq.
Saat: 19:00
Məkan: Caspian Plaza C korpusu 3-cü mərtəbə
Giriş sərbəstdir.