All for Joomla All for Webmasters

Camping Azerbaijan

Camping Azerbaijan ekoturizm şirkəti olub təbiət ərazilərinə, yüksək dağlıq ərazilərə, ucqar kəndlərə, Qafqazın zirvələrinə turlar təşkil edir. Fəailiyyətə 2014-cü ildə bir bələdçi ilə başlamışıq və hazırda komandamız 8 nəfərdən ibarətdir. Biz ekoturizmin məsuliyyətini başa düşürük və ekoturizm prinsiplərinə riayət etmək üçün əlimizdən gələni edirik. Biz təbiətə təsirimizi minimal olaraq saxlamağa çalışır, kiçik qruplarla turlar  təşkil edirik.

Yerli icmaya fayda vermək  işimizin əsas prinsipidir. Belə ki, kəndlərdə yemək yeyir, kənd evlərində qalırıq. Yerli sürücülərin xidmətlərindən istifadə edirik. Sosial korporativ məsuliyyətimizi dərk edirik və səfər etdiyimiz kəndlərdə sosial və ekoloji layihələr həyata keçiririk. “Məktəb Avtobusu Ucqar Kəndlərdə”, “Şaxta Baba Ucqar Kəndlərdə”,  “Mən Bakıda Olmuşam” kimi layihələr həyata keçirmişik və davamlı olaraq yeni social layihələr üzərində işləyirik.

Klassik zirvə marşrutları xaricində bizim marşrutlarımız əsasən öz tədqiqatlarımızın nəticəsidir. Yaxın vaxtlarda Azərbaycanda təbiət turizminə bir çox yeni marşrutlar və yollar əlavə etdik. Düşünürük ki, ölkəmizdə ekoturizmin  inkişafında Camping Azerbaijan olaraq öz töhvəmizi vermişik.