All for Joomla All for Webmasters

Call For Application for “She is My Hero”

IdeaLab, “Böyük Britaniyanın Konflikt, Sabitlik və Təhlükəsizlik Fondu”nun dəstəyi ilə həyata keçirələn  Öz Səsini Kəşf Et proqramı  çərçivəsində O, Mənim Qəhrəmanımdır(OMQ) üçün müraciətləri qəbul edir.

Öz Səsini Kəşf Et proqramının məqsədi Azərbaycanda  qadınların öz icmalarına uzunmüddətli töhfə verə bilmələri üçün bacarıqlarını artırmaqdır. Proqram nəticəsində Bakı və Sumqayıtda yaşayan 80+ gənc qadın öz icmalarına töhfə vermək üçün lazım olan praktiki bilik və bacarıqlarla təmin ediləcəklər. Proqram üç istiqamət üzrə fəaliyyət göstərəcək:  Sosial təşəbbüslərin yaradılması, vizual hekayələrin yaradılması və sosial sahibkarlıq. Göstərilən istiqamətlər iki dalğada həyata keçiriləcək. Hər istiqamət üzrə bilik və bacarıqlara yiyələnən iştirakçılar sonda öyrəndiklərini praktikada istifadə etmək şansı əldə edəcəklər.

“O, Mənim Qəhrəmanımdır” Öz Səsini Kəşf Et proqramının istiqamətlərindən biri olub, ümumilikdə Bakı və Sumqayıtda yaşayan 80 nəfər  gənc qadına vizual hekayələrin yaradılması üçün lazımlı praktiki bacarıqları öyrətmək, video çarx və foto nümunələri hazırlamalarına dəstək vermək məqsədi daşıyır. OMQ ümumilikdə üç dalğada həyata keçiriləcək.

Proqramın iştirakçıları yerli icmalardan seçdikləri qadınlar haqqında vizual hekayələrin yaradılması üçün lazım olan mövzularda mütəxəssislər tərəfindən keçiriləcək praktiki təlimlərdə iştirak edəcəklər. Daha sonra iştirakçılar komandalar şəklindəmentorların dəstəyi ilə öz ideyalarını inkişaf etdirərək video çarx və foto nümunələrini təqdim edəcəklər.

Müddəti: 3 ay;

Başlama tarixi: 1 oktyabr;

Kimlər müraciət edə bilər: 18-30 yaş arasında, Bakı və  Sumqayıtda yaşayan qadınlar;

Müraciət üçün son tarix: 25 sentyabr 2019.

Müraciət üçün onlayn qeydiyyat formasını doldurmağınız xahiş olunur. Müraciət etmiş şəxslər müsahibəyə dəvət ediləcək.

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın:

Email: fismayilova@idealab.az

Telefon: +994 12 4372944

Mobil: +994 50 2254525

Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza III, 3-cü mərtəbə