All for Joomla All for Webmasters

Project Assistant Vacancy

“Baku IdeaLab” yarımştat “Layihə assistenti üzrə vakansiya elan edir.

“Baku IdeaLab” 2018-ci ildə təsis edilmiş innovativ labarotoriyadır. “Baku IdeaLab”-ın əsas məqsədləri aşağıdakılardır:

  • Gənc təşəbbüslər üçün daha yaxşı mühitin yaradılması;
  • Erkən mərhələdə olan sosial təşəbbüslər və sosial sahibkarların inkişaf etmələrinə dəstək vermək;
  • Gənc sosial liderlərin uzun müddətli inkişafını təmin etmək;
  • Sosial sahibkarlıq və sosial təsir yaratmağı təşviq etmək;
  • Sosial düşüncəli gənclər üçün icimai müzakirələr apara biləcəkləri aktiv məkan təmin etmək.

Bu məqsədləri həyata keçirmək üçün “Baku IdeaLab” i) mövcud gənc təşəbbüslərin bacarıqlarının inkişaf etdirilməsinə və yeni təşəbbüslərin yaranmasına dəstək verir; ii) sosial təsir üçün özü bir sıra fəaliyyətlər həyata keçirir iii) şəbəkə yaratma tədbirləri və müxtəlif seminarlar vasitəsi ilə sosial düşüncəli insanlar və təşəbbüslər arasında icma formalaşdırılmasına  çalışır.

Vəzifə və öhdəliklər:

  • Layihənin planlaşdırılması və hazırlanmasının koordinasiyasına kömək etmək;
  • Layihənin fəaliyyət göstəricilərinin vəziyyəti və mərhələlərinə nəzarət etmək;
  • Layihə sənədlərinin tamamlanmasını və müvafiq tərəflərə təsdiq üçün təqdim edilmələrini təmin etmək üçün müvafiq tədbirlər görmək;
  • Tədbirlərin, konfransların və seminarların təşkil edilməsinə kömək etmək;
  • Daxili və xarici sənədlərin ingilis və azərbaycan dillərindən tərcüməsinə kömək etmək;
  • Layihə meneceri tərəfindən təyin edilmiş digər vəzifələri yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil;
  • Layihənin həyata keçirilməsində minimum 1 il iş təcrübəsi;;
  • Vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq qurumlar ilə iş təcrübəsi üstünlükdür;
  • Tez öyrənmə bacarığı və tənqidi düşüncəni nümayiş etdirmək;
  • Yaradıcı, detal yönümlü, bacarıqlı və öz-motivasiyali olmalıdır;
  • Təzyiq altında sakit və profesional münasibəti saxlamaq bacarığı;
  • Yüksək keyfiyyətli işlərin sürətlə istehsal edilməsi zamanı çoxsaylı layihələri idarə etmək və son müraciət tarixlərini keçməmək bacarığı vacibdir;
  • Azərbaycan və ingilis dillərində  yazı və redaktə bacarıqları tələb olunur;
  • MS Office proqramlarında peşəkarlıq.

İş Müddəti: Həftəlik 20 saat

Müraciət üçün Son Tarix: 31 Avqust 2019

Necə müraciət etməli?

Bu vakansiyaya müraciət etmək üçün CV və motivasiya məktublarınızı  gabbasli@idealab.az  elektron poçt ünvanına “Layihə Assistenti” başlığı ilə göndərməyiniz xahiş olunur.